RİİB və “Conscious Planet” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb
Aprelin 30-da Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və məşhur yoqin Sadhqurunun təmsil etdiyi “Conscious Planet” arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimində kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov da iştirak edib.
Memoranduma əsasən, “Regional İnkişaf” İctimai Birliyi “Conscious Planet” şirkətinin dəstəyi ilə torpağın münbitliyini təmin etmək istiqamətində əməkdaşlıq edəcək. Qeyd edək ki, “Conscious Planet” şirkəti torpaqların münbit və məhsuldar vəziyyətə gətirilməsi üçün müxtəlif dövlətlərdə yaşayan ekspertlərin təklif və tövsiyələrinin toplanacağı elektron platforma yaradacaq və əməkdaşlıq edəcəyi qurumlar platformadan yararlana biləcək.