Vətən müharibəsi qazilərinin tibbi müayinələri aparılıb
25 aprel 2022
Paylaş
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə aprelin 23-də Bakı şəhərində Vətən müharibəsi qazilərinin müayinələri aparılıb. Kardiologiya İnstitutunda keçirilən laborator, kardioloji, endokrinoloji və psixoloji müayinələrdən 100-ə yaxın qazi yararlanıb.
Aparılan müayinələrin nəticələrdən
asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin
edilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə
yönləndirilib.
Tibbi aksiyanın regionalarda da təşkili nəzərdə tutulur.