150 +994505000150

Regionlarda gənclərlə görüşlər keçirilir

7 aprel 2022
Paylaş
Regionlarda gənclərlə görüşlər keçirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən gənclərin könüllü fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, fərdi inkişafı və ölkədə könüllü şəbəkəsinin genişləndirilməsinə dəstək məqsədilə görüşlər keçirilir.

Respublikanın bir çox rayonlarını əhatə edən görüşlərdə İctimai Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və tədbirlər, icra olunan könüllülük proqramları barədə gənclərə ətraflı məlumatlar verilir, könüllülərin təşkilatın fəaliyyətindəki əhəmiyyətli rolundan danışılır, onları maraqlandıran suallar cavablandırılır. Həmçinin gənclərlə birgə müzakirələr aparılaraq səsləndirdikləri maraqlı təkliflər dinlənilir.

Görüşlərin davamında RİİB-ə könüllü kimi qoşulmaq istəyən gənclər qeydiyyatı alınır və onların müsahibələri keçirilir.


FOTO