İnklüziv təhsillə bağlı müəllim və valideynlər üçün məlumatlandırıcı seminarlar təşkil edilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsinin qarşıya qoyduğu məqsədlərdən biri də hədəf məktəblərdə inklüziv təhsil haqqında maarifləndirmə işləri aparmaqdır. Bu fəaliyyət çərçivəsində layihə komandası tərəfindən cari ilin 15 fevral-3 mart tarixləri arasında Bakı şəhəri 202 saylı tam orta məktəb və 246 saylı məktəb liseydə, eləcə də Sumqayıt 4 və 21 saylı tam orta məktələrdə müəllim və valideynlər üçün məlumatlandırıcı seminarlar təşkil edilib. Seminarlarda inklüziv təhsilin əhəmiyyəti, əlilliyi olan şəxslərə düzgün münasibətin vacibliyi, həmçinin layihənin icrası üzrə məktəblərdə görüləcək işlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.