150 +994505000150

Gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi mövzusunda görüş keçirilib

3 mart 2022
Paylaş
Gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi mövzusunda görüş keçirilib

BMT-nin Əhali Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində martın 3-də tanınmış sosial media istifadəçiləri (influyenserlər) ilə görüş təşkil edilib.

Görüşdə kampaniya çərçivəsində aparılan maarifləndirmə işinə dəstək vermək məqsədilə geniş izləyici kütləsinə malik və əlaqədar mövzularda paylaşımlar edən sosial media istifadəçiləri arasında gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti, həm qadınlar, həm də kişilər üçün iş və ailə həyatının ahəngdar və səmərəli uzlaşdırılması, ailədə qadın və kişi arasında məişət öhdəliklərinin bölüşdürülməsinə dair müzakirlər təşkil edilib.

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində həyata keçirilir.


FOTO