150 +994505000150

Paytaxt rayonlarında “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilir

18 fevral 2022
Paylaş
Paytaxt rayonlarında “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilir

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Yeni kitabın Bakı şəhərinin bütün rayonlarında təqdimatının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinın tövsiyələrinə uyğun olaraq fevral ayının əvvəlidən paytaxt rayonlarında təbdirlər təşkil olunur.

Bu həftə ərzində təqdimatlar Nəsimi, Nizami, Nərimanov və Binəqədi rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının, rayonların təhsil ictimaiyyəti nümayəndələri, şəhid ailələri üzvləri və qazilərin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirlərdə çıxış edənlər bu kitabın ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biri olduğunu, onların ölkəmizin tarixini öyrənmələri, Vətənə məhəbbət və vətənpərvərlik ruhunda böyümələrində əhəmiyyətli rol oynayacağını bildiriblər.

Hər rayonda öz müxtəlifliyi ilə seçilən təqdimat mərasimlərində kitab və uşaq rəsmlərindən ibarət sərgilər, musiqi nömrələri, səhnəciklər, video görüntülər öz rəngarəngliyi ilə tədbirləri daha da maraqlı edib.

Keçirilən mərasimlərin sonunda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən şagirdlərə “Bizim böyük Qələbəmiz” kitabı paylanılıb.


FOTO