150 +994505000150

Biləsuvar rayonunda da şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

15 yanvar 2022
Paylaş
Biləsuvar rayonunda da şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvləri və qazilər üçün növbəti tibbi aksiya Biləsuvar rayonunda təşkil olunub. “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə yanvarın 15-də Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələrdə Biləsuvar və ətraf rayonlardan, qeyd edilən həssas kateqoriyaya aid, ümumilikdə 300-dən çox vətəndaş iştirak edib.

Aksiya zamanı müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb, nəticələrdən asılı olaraq müvafiq müalicə kursları təyin edilib. Həmçinin, xəstələr zəruri dərman vasitələri ilə təmin olunub, digər patologiya aşkarlanan şəxslər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Qeyd edək ki, xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.

RİİB könüllüləri tərəfindən tibbi aksiyanın təşkilinə yaxından dəstək verilib. 



FOTO