Azyaşlı uşaqlar üçün Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı olub
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilmiş “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı
şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə
iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.
Əvvəlcə
muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən
hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi
məktəbinin şagirdlərinin ifasını dinləyiblər.
Təqdimat
mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri
Elgin Həbibullayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban
Vəliyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev
və digər çıxış edənlər bildiriblər ki, bu kitab Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz
barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın
uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və
vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük
əhəmiyyəti olacaq.
Sonda
tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış
olublar.
Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim ediblər, onlara Vətənimizin İkinci Qarabağ müharibəsindəki Zəfəri barədə məlumat veriblər.