150 +994505000150

Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil olunub

3 dekabr 2021
Paylaş
Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil olunub

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) təşkilatçılığı, “Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi? Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və “ARB Media Qrup”un dəstəyi ilə 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil olunub.

Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək, həmçinin onları para-velosiped idmanına cəlb etməklə cəmiyyətə inteqrasiyasına və psixoloji vəziyyətlərinin bərpasına dəstək vermək, özünəinam hisslərini artırmaq, eləcə də əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqların valideynlərinə müasir Bakının müəssərliyini göstərməkdir.

Su İdmanı Sarayının qarşısından start götürən yürüşə Para-Velosiped Klubu, AzVİF və müxtəlif velosiped klublarını təmsil edən, ümumilikdə 20-dən çox velosipedçi qatılıb.

Tədbirin təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən dəstək verilib.


FOTO