Məktəblilər uşaq hüquqları ilə bağlı maarifləndiriliblər
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” kampaniyası çərçivəsində RİİB könüllüləri tərəfindən 16-18 noyabr tarixlərində paytaxtda yerləşən orta məktəblərin şagirdləri üçün “Uşaq hüquqları” mövzusunda təlimlər keçilmiş, iştirakçılar arasında müsabiqələr təşkil olunmuş, həmçinin məktəblilərə məlumatlandırıcı təşviqat materialları paylanılmışdır.