150 +994505000150

Dayanıqlı kiçik və orta sahibkarlığın inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviqi məqsədilə yeni layihənin icrasına başlanılıb

16 noyabr 2021
Paylaş
Dayanıqlı kiçik və orta sahibkarlığın inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviqi məqsədilə yeni layihənin icrasına başlanılıb

“Regional İnkişaf” İctimai Birliyi və “German Sparkassenstiftung” (DSIK) təşkilatının birgə həyata keçirdiyi “Cənubi Qafqaz və Ukraynada dayanıqlı kiçik və orta sahibkarlığın inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviqi” layihəsi çərçivəsində aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupunun noyabrın 15-də ilk iclası keçirilib.

Görüşdə layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin qurumlarla əlaqələndirilməsi məsələləri müzakirə olunub, eləcə də təsərrüfat subyektlərinin sahibkarlıq və risklərin idarə olunması bacarıqlarının artırılması üçün hazırlanmış yeni təlim məzmunu barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, 1 il davam edəcək layihə çərçivəsində Lənkəran, Ağdam və Xaçmaz rayonlarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə biznesin inkişafı, risklərin idarə edilməsi, fəaliyyətlərinin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, maliyyə və hesabatlılıq sisteminin qurulması, biznes planların hazırlanması, investisiya qoyuluşu, marketinq və digər istiqamətlərdə məsləhət xidmətlərinin göstərilməsi və maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə aidiyyəti qurumların müvafiq sahədə çalışan əməkdaşlarına yeni məzmun üzrə təlimlər və müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri həyata keçiriləcək.


FOTO