150 +994505000150

Şəhid və qazi övladları üçün “Zəfər” futbol festivalı keçirilib

4 noyabr 2021
Paylaş
Şəhid və qazi övladları üçün “Zəfər” futbol festivalı keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə noyabrın 4-də ASCO Arenada şəhid və qazi övladları üçün “Zəfər” futbol festivalı keçirilib.

120-yə yaxın şəhid və qazi övladının iştirak etdiyi festivalda uşaqlar üçün müxtəlif hərəkətli idman oyunları təşkil olunub. Uşaqlara dəstək məqsədilə Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçular Vüqar Nadirov, Cavid Hüseynov tədbirdə iştirak ediblər. Sonda uşaqlara AFFA tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib.



FOTO