“Vətən müharibəsi – qələbənin simaları” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.
Müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi
(RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə
əvvəlcə Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub, şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqədə
məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı
yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə
yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş
ictimaiyyətə bir daha çatdırmaqdır.
Sentyabrın
30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir
iştirakçıya bir neçə foto təqdim etmək imkanı verilib. Təqdim olunan fotolar
müsabiqə müddətində instaqramda “foto.musabiqe” səhifəsində paylaşılıb.
Diqqətə
çatdırılıb ki, münsiflər heyəti tərəfindən fotolar peşəkar və həvəskar çəkiliş
kateqoriyaları üzrə Qələbənin simaları, müharibə dağıntıları, müharibə
xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə
nominasiyalara uyğun qiymətləndirilib.
Sonra
qonaqlar sərgi ilə tanış olublar.
Daha
sonra fotomüsabiqənin qalibləri elan edilib. Dörd nominasiya üzrə qalib gələn
fotoqraflar diplom və hədiyyələr, sərgidə əsərləri nümayiş olunan bütün
iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.