150 +994505000150

Vətən müharibəsi qazilərinin tibbi müayinələri təşkil edilib

4 noyabr 2021
Paylaş
Vətən müharibəsi qazilərinin tibbi müayinələri təşkil edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Regional inkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə noyabrın 4-də C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun kardioloq, endokrinoloq, nevropatoloq, psixoloq və oftalmoloq həkim heyəti tərəfindən Tibbi Reabilitasiya xəstəxanasında reabilitasiya keçən Vətən müharibəsi qazilərinin müayinələri aparılıb.

Müayinələrin nəticələrindən asılı olaraq qazilərə müalicələr təyin olunmuş, eləcə də psixoloji dəstək göstərilmişdir.

RİİB könüllüləri aksiyanın təkilati işlərinə dəstək vermişlər. 


FOTO