150 +994505000150

RİİB könüllüləri üçün uşaq hüquqları mövzusunda təlim keçirilib

12 oktyabr 2021
Paylaş
RİİB könüllüləri üçün uşaq hüquqları mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20-21 noyabr 2021-ci il tarixlərində keçiriləcək “Uşaq hüquqları” hakatonu çərçivəsində RİİB könüllüləri üçün “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda təlim təşkil edilib.

9-10 oktyabr tarixlərini əhatə edən təlim Azərbaycan Respublikasının “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nına daxil olan fəaliyyətlər çərçivəsində, paytaxt və regionları təmsil edən 20 könüllünün iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, təlimçi Sevil Rəsulzadə tərəfindən təlimləndirilən könüllülər növbəti mərhələdə uşaq hüquqları ilə bağlı maarifləndirmə işinə cəlb ediləcəklər.

 

FOTO