150 +994505000150

RİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edilib

20 oktyabr 2021
Paylaş
RİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edilib

20 oktyabr “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Lerik rayonundan olan könüllüsü, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalmış Cavanşir Həmidlinin doğum günüdür.

Doğum günündə Cavanşir Həmidlinin əziz xatirəsini yad edən RİİB könüllüləri onun ruhuna hörmət və ehtiram əlaməti olaraq məzarını ziyarət edib, İctimai Birliyin kollektivi adından məzarı önünə əklil qoyublar. Könüllülər həmçinin, Cavanşirin ailəsi ilə də görüşərək xatirələrini bölüşüblər.

Vətənpərvərliyi, səmimiyyəti və işgüzarlığı ilə seçilən Cavanşir Həmidlinin əziz xatirəsi RİİB kollektivi və könüllülərinin qəlbində daim yaşayacaq.

 

FOTO