RİİB və MEDİA könüllüləri üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dəstəyi ilə oktyabrın 3-də könüllülər üçün “Media savadlılığı” mövzusunda təlim təşkil olunub.
Təlimin fəxri qonağı olan Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər arasında media
savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin
vacibliyinidən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən
danışıb.
Təlimçi “AzVision.az” saytının baş redaktoru, Real
TV-nin siyasi şərhçisi və aparıcısı Vüsal Məmmədov “Media savadlılığı” mövzusunda
nəzəri biliklərini və təcrübəsini könüllülərlə paylaşıb. V.Məmmədov könüllülərə
informasiyanın yaratdığı sosial reallıqdan, dezinformasiya ilə doğru informasiyanın
ayırd edilməsi yollarından, informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşmasından, həmçinin sosial mediadan düzgün istifadə qaydalarından danışıb.
İnteraktiv formada təşkil edilən təlimdə könüllüləri
maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, birgə təlimin təşkilində məqsəd gənclərin media savadlılığını artırmaq, mütərəqqi texnologiyalar və kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etmək, ümumilikdə medianın inkişafına dəstək olmaqdır.