“Vətən müharibəsi – qələbənin simaları” fotomüsabiqəsi başlayır
Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə başlayır.
Məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması
zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə
yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha
çatdırmaqdır.
Münsiflər heyəti müsabiqəyə təqdim olunan fotoları peşəkar və
həvəskar çəkiliş kateqoriyaları üzrə aşağıdakı nominasiyalara uyğun
qiymətləndirəcək:
- Qələbənin simaları;
- Müharibə dağıntıları;
- Müharibə xatirələri;
- Ziyarətçilərin baxış və
bəyənmələri üzrə (qaliblər sosial mediadakı bəyənilmələrin sayı ilə
müəyyən ediləcək).
Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
Müsabiqəyə təqdim edilən bütün fotolar müsabiqə müddətində
“Instagram”da “foto.musabiqe” səhifəsində paylaşılacaq.
Müsabiqənin yekununda noyabrın 8-də Heydər Əliyev Mərkəzində
seçilmiş fotolardan ibarət sərgi təşkil olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər fotoları 2021-ci il
noyabrın 1-dək fotomusabiqe@mtm.az e-mail ünvanına
göndərməlidir. Əlavə məlumatı “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı
Mərkəzi və ya +99412 5050150, +99412 5056001 telefon nömrələri ilə əlaqə
saxlamaqla əldə etmək olar.
Fotomüsabiqənin şərtləri:
- Hər bir fotonun həcmi 5 MB-dan
artıq olmamalıdır.
- Fotolar JPG formatda təqdim
edilməlidir.
- Bir iştirakçı bir neçə foto
təqdim edə bilər.
- Zərurət yarandıqda münsiflər
heyəti tərəfindən fotonun ilkin variantı tələb edilə bilər.
- Təqdim olunan fotoların
üzərində müəllifin imzası və loqo yerləşdirilməməlidir.
- Fotolar üzərində heç bir halda
fotoredaktə edilməməlidir.
- Müsabiqəyə yalnız Vətən
müharibəsi dövründə çəkilmiş fotolar təqdim olunmalıdır.
- Fotoda əks olunmuş şəxslərin
razılığı iştirakçı tərəfindən alınmalıdır.
- Fotolardan kommersiya məqsədilə
istifadə olunmayacaq.
- Fotolar göndərilərkən
iştirakçının adı, soyadı və atasının adı (fotonun müəllifi iştirakçı özü
olmadığı təqdirdə müəllifin adı, soyadı və atasının adı), doğum tarixi,
fotonun adı, çəkildiyi yer (müəyyən etmək mümkün olduğu təqdirdə), əlaqə
nömrəsi, yaşayış və e-mail ünvanları qeyd olunmalıdır.
- Fotoların son qəbul tarixi: 1
noyabr 2021-ci il.
- Səsvermənin son tarixi: 7
noyabr 2021-ci il.