Bakıda “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinə mühüm töhfələr verib.
Heydər Əliyev Mərkəzi,
Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan
Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan
Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan
Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin partnyorluğu ilə 2021-ci il
24 sentyabr tarixində “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və
4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq
konfrans keçiriləcək.
Xüsusi karantin
rejiminin tələblərinə uyğun olaraq təşkil ediləcək tədbirdə dünyanın 20-dən çox
ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil
olunacaq.
Dünyanın və Azərbaycanın
aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının
da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar
sahəsi, kommunikasıya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə
edəcək.
Eyni zamanda,
konfransda “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal
kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”,
“Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə
yeni peşələr” kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.
Konfransın işinə
UNİCEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların
nümayəndələrinin qoşulacağı gözlənilir.
Beynəlxalq spikerlər
“Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”,
“4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün
mövcud olan qlobal siniflər”, “4-cü Sənaye İnqilabı və “Əşyaların İnterneti”
(IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin
artırılması", "Ölkələrarası əməkdaslıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü
dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.
Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.