150 +994505000150

RİİB könüllüsü, şəhid Məhəbbət Paşayevin ailəsinin yaşadığı ev əsaslı təmir edilib

17 sentyabr 2021
Paylaş
RİİB könüllüsü, şəhid Məhəbbət Paşayevin ailəsinin yaşadığı ev əsaslı təmir edilib

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü, Vətən müharibəsində şəhid olmuş Məhəbbət Paşayevin ailəsinin Oğuz rayonunda yaşadığı ev İctimai Birlik tərəfindən əsaslı təmir edilib.

Təmir işləri zamanı əlavə otaq və eyvan da tikilərək evin yaşayış sahəsi genişləndirilib, dam örtüyü dəyişdirilib, otaqlardan birində şəhidin xatirə guşəsi yaradılıb.

Həyətyanı sahədə də abadlıq işləri görülüb.

Xatırladaq ki, 2017-ci ildən RİİB könüllüsü olan Məhəbbət Paşayev Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


FOTO