150 +994505000150

“Uşaq Hüquqları” hakatonu keçiriləcək

16 avqust 2021
Paylaş
“Uşaq Hüquqları” hakatonu keçiriləcək

20-21 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları” hakatonu keçiriləcək.

    Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.
    İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar.
    Hakatonun mövzuları:
    Təhsil hüququ;
    Sağlamlıq hüququ;
    Zorakılıqdan müdafiə hüququ;
    Ailədə yaşamaq və tərbiyə almaq hüququ.
    Hakatonda kimlər iştirak edə bilər?
    Uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar/məktəblilər hakatonda iştiraka dəvətlidir.
    İlk 3 yeri tutan komandanın hər bir üzvünə aşağıdakı mükafatlar təqdim ediləcək:
    1-ci yer - kompüter
    2-ci yer - planşet
    3-cü yer - ağıllı saat
    Qeydiyyat linki: http://usaqhakatonu.az/
    Son qeydiyyat tarixi: 15 sentyabr 2021