RİİB könüllüləri şəhid könüllü Məhəbbət Paşayevin xatirəsini yad ediblər

5 avqust “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Oğuz rayonundan olan könüllüsü, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalmış Məhəbbət Paşayevin doğum günüdür.
Doğum günündə Məhəbbət Paşayevin əziz xatirəsini
yad edən RİİB könüllüləri onun məzarını ziyarət edərək, İctimai Birliyin
kollektivi adından əklil qoyublar. Şəhidimizi
həm kədər, həm də böyük qürur hissi ilə anan könüllülər onun ruhuna dərin hörmət
və ehtiramlarını ifadə ediblər.
Daha sonra könüllülər şəhidin ailəsinə baş çəkiblər.
Vətənpərvərliyi, səmimiyəti və qayğıkeşliyi, işgüzarlığı
ilə seçilən, sosial tədbirlərdə hər zaman ön sıralarda yer alan şəhid Məhəbbət
Paşayevin xatirəsi RİİB kollektivi və könüllülərinin qəlbində daim yaşayacaq, hər
zaman uca tutulacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!