150 +994505000150

RİİB tərəfindən regionlarda uşaqların iştirakı ilə müxtəlif idman tədbirləri təşkil olunub

17 iyul 2021
Paylaş
RİİB tərəfindən regionlarda uşaqların iştirakı ilə müxtəlif idman tədbirləri təşkil olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər Planının icrası məqsədilə regionlarda uşaqlar arasında sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili üçün “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Kiçik çepmionlar” adlı layihə həyata keçirilib.

23 iyun-15 iyul tarixlərində icra olunan layihə çərçivəsində ölkəmizdə fəaliyyət göstərən müxtəlif idman federasiyaları ilə birgə Gəncə, Şəki, Qax, İmişli, Şamaxı, Masallı, İsmayıllı və Astarada 9 fərqli idman növü üzrə müxtəlif yaş kateqoriyalarından olan 500 nəfərə yaxın uşağın iştirak ilə tədbirlər təşkil edilib.

Tədbirlərdə peşəkar idmançılar və məşqçilər tərəfindən uşaqlara müxtəlif idman növlərinin tarixi, incəlikləri və idmançılarımızın nailiyyətləri haqda məlumatlar verilib, onlar üçün ustad dərsləri, praktiki məşq və təlimlər keçirilib, yarışlar təşkil olunub. Sonda bütün iştirakçılara sertifikat və medallar, xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin növbəti mərhələdə digər şəhər və rayonlarda da icrası nəzərdə tutulur. 


FOTO