150 +994505000150

Şəhid övladları üçün tədbir təşkil olunub

16 iyul 2021
Paylaş
Şəhid övladları üçün tədbir təşkil olunub

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı övladları üçün “Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil olunub.

Tədbir çərçivəsində at və qayıq gəzintisində iştirak edən uşaqlar, həmçinin müxtəlif öyrədici və inkişafetdirici oyunlar oynayıb, əyləncəli şou proqramlar izləyiblər.

Tədbirin təşkilində yaxından iştirak edən RİİB könüllüləri şəhid övladlarını xüsusi diqqət və qayğı ilə əhatə edərək, onlarla maraqlı bir gün keçiriblər. 


FOTO