RİİB-in “Könüllülük” proqramı çərçivəsində sosial aksiya və tədbirlər həyata keçirilib
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən gəncləri könüllü fəaliyyətə təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə icra edilən “Könüllülük” proqramının “Sosial məsuliyyət” həftəsi başa çatıb.
Həftə çərçivəsində könüllülər tərəfindən respublika üzrə müxtəlif şəhər
və rayonlarda təmizlik aksiyaları həyata keçirilib, yaşıllıq zolaqlarına qulluq
edilib, abadlıq işləri görülüb. Həmçinin könüllülər tənha, yaşlı insanlara məişət
işlərində köməklik göstərib, valideyn himayəsindən məhrum olmuş uşaqlarlara diqqət
və qayğı nümayiş etdiriblər. Gənclərdə sosial məsuliyyət hissinin arıtırılmasına
yönəlmiş tədbirlər, eyni zamanda onlar arasında şəbəkələşmənin güclənməsinə,
yeni dostluqların yaranmasına, birgə fəaliyyət və kamanda ruhunun yüksəldilməsinə
xidmət edib.
“Sosial məsuliyyət” həftəsinə
“Səlist nitq – natiqlik sənəti” mövzusunda keçirilən 2 günlük onlayn təlimlə
yekun vurulub. Təlimçi Fəxrəddin Abdullayev tərəfindən könüllülərə düzgün,
aydın və ifadəli nitq, natiqlik və ritorika, auditoriyanın idarə edilməsi və s.
istiqamətlər üzrə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.
Xatırladaq ki, ölkə üzrə şəbəkələşmiş 1000-dən çox RİİB könüllüsü ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətlərinə baxılması, müxtəlif sahələrdə layihə və sosial aksiyaların reallaşdırılmasında İctimai Birliyin fəaliyyətinə yaxından dəstək verir.