150 +994505000150

"Erkən uşaqlıq dövründə inkişaf" layihəsi çərçivəsində regionlarda görüşlər keçirilib

16 iyun 2021
Paylaş
"Erkən uşaqlıq dövründə inkişaf" layihəsi çərçivəsində regionlarda görüşlər keçirilib

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsinin hədəf regionları olan Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında maraqlı tərəflərin iştirakı ilə görüşlər aparılıb.

UNİCEF, RİİB, yerli icra və bələdiyyə orqanlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, rayon təhsil şöbələrinin, tibb müəssisələrinin, QHT-lərin, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə layihə çərçivəsində görülmüş və gələcəkdə nəzərdə tutulan fəaliyyətlər barədə geniş məlumat verilib, layihənin uğurla icrası üçün əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələr zamanı uşaqların sağlam inkişafı, keyfiyyətli təhsili, firavan gələcəyi üçün valideynlərin maarifləndirilməsinin və mütəxəssislərin peşəkar inkişafının vacibliyi vurğulanıb, bu istiqamətdə gələcəkdə görüləcək işlərdən danışılıb.

Xatırladaq ki, cari ilin sonunadək davam edəcək layihə çərçivəsində 0-8 yaşarası uşaqların sosial, fiziki və əqli inkişafı, sosial aktivliyinin artırılması, bu sahədə çalışan səhiyyə, təhsil və sosial mütəxəssislərin maarifləndirilməsi və təkmilləşdirilməsi, ailələrə uşaqların erkən inkişafı dövründə təhlükəsiz və stimullaşdırıcı mühitin yaradılması, onların qayğı ilə əhatə olunması, uşaqlar və valideynlər arasında emosional bağlılığın təşviqi, valideynlərin şəbəkələşməsi üçün müxtəlif inkişaf, təşviq və dəstək proqramlarının həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.


FOTO