150 +994505000150

RİİB tərəfindən İsmayıllıda idman meydançası yaradılıb

26 may 2021
Paylaş
RİİB tərəfindən İsmayıllıda idman meydançası yaradılıb

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda həyata keçirilən növbəti layihə çərçivəsində İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında idman meydançası yaradılıb.

Ümumi sahəsi 200 kvadratmetr olan meydançada “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, açıq havada idmanla məşğul olmaq üçün əlverişli şərait yaradılıb, trenajor alətləri və basketbol səbəti quraşdırılıb.


FOTO