150 +994505000150

“Qobu Park” yaşayış kompleksində məşğulluq imkanlarının artırılması məqsədilə icra edilən layihənin bağlanış mərasimi keçirilib

3 iyun 2021
Paylaş
“Qobu Park” yaşayış kompleksində məşğulluq imkanlarının artırılması məqsədilə icra edilən layihənin bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən həyata keçirilən sosial layihə artıq yekunlaşıb.

Layihənin bağlanış mərasiminə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Məşğulluq Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyininin nümayəndələri və layihə iştirakçıları qatılıblar.

Tədbirdə bildirilib ki, “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində icra edilən layihənin benefisiar qrupu üçün “Kompüter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri üzrə təlimlər təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin tədrisi dəstəyi ilə keçilən təlimlərə 30-dan artıq iştirakçı cəlb edilib. Təlimlər başa çatdıqdan sonra iştirakçıların yekun qiymətləndirməsi aparılıb.

“Sosial layihələr” müsabiqəsi çərçivəsində reallaşdırılan layihə nəticəsində iştirakçıların bir qismi əldə etdiyi nəzəri və praktiki biliklər sayəsində peşələrinə uyğun əmək fəaliyyətinə başlayıblar.

Çıxışlarda həmçinin dövlətimizin artıq müharibədən sonrakı dövrə kökləndiyi, ölkəmizin prioritetinin Qarabağa qayıdış olduğu diqqətə çatıdırılıb.

Tədbirin sonunda layihə iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

 

FOTO