150 +994505000150

RİİB uşaq evlərinin sakinlərini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib

1 iyun 2021
Paylaş
RİİB uşaq evlərinin sakinlərini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib

1 iyun dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biri olduğundan, ölkəmizdə uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin Ulu öndər Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) iyunun 1-də Bakı şəhərində yerləşən 1, 2 və 3 nömrəli uşaq evlərində, eləcə də Şəki şəhər qarışıq tipli uşaq evi, Gəncə şəhər uşaq evi və Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evində bayram tədbirləri təşkil edib.  

Açıq havada RİİB könüllülərinin də iştirakı ilə təşkil olunan tədbirlərdə uşaqlar maraqlı və öyrədici oyunlarda iştirak edib, əyləncəli şou-proqramlar izləyiblər. Sonda uşaq evlərinin sakinlərinə RİİB tərəfindən bayram hədiyyələri təqdim olunub.


FOTO