RİİB könüllüləri və məktəblilər yol hərəkəti təhlükəsizliyi ilə bağlı beynəlxalq maarifləndirmə və təşviqat kampaniyasına qoşulublar
Azərbaycan
Avtomobil Federasiyası (AAF), “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Media Təhlil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının
6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində həyata keçirilən maarifləndirmə
və təşviqat kampaniyasına Şamaxı, Şəki, Göygöl rayonları və Mingəçevir şəhərindən
RİİB könüllüləri və məktəblilər qoşulub. Onlar nəqliyyatın axınının sıx olduğu və
məktəbətrafı küçələrdə sürət həddinin optimallaşdırılmasını təşviq edən
aksiyalar keçirblər.
Xatırladaq ki, sözügedən aksiya BMT-nin Dayanaqlı İnkişaf Məqsədləri və Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında əksini tapan, yol nəqliyyat hadisələri sayının azaldılması məqsədinə nail olunması baxımından da böyük əhəmiyyət daşıyır.