RİİB 6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində beynəlxalq maarifləndirmə və təşviqat kampaniyasına qoşulub
Azərbaycan Avtomobil Federasiyası, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Media Təhlil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində beynəlxalq maarifləndirmə və təşviqat kampaniyasına qoşulub.
Kampaniya çərçivəsində nəqliyyatın
axınının sıx olduğu küçələrdə, eləcə də məktəb ətrafı ərazilərdə sürət həddinin
optimallaşdırılmasının vacibliyi qabardılır.
Küçələrdə sürət həddinin
optimallaşdırılması BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində və Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər
üçün Dövlət Proqramında öz əksini tapan, yol nəqliyyat hadisələri sayının
azaldılması məqsədinə nail olmaq baxımından da böyük əhəmiyyət daşıyır.
Yol hərəkəti təhlükəsizliyini
vacib mövzu hesab edən və bu çağırışa dəstək olmaq istəyən hər bir kəs sosial şəbəkələrdə
#love30 #sürətiazalt “hashtag”ləri ilə paylaşım edərək təhlükəsizlik həftəsinə
qoşula bilər.