“Erkən Uşaqlıq Dövrü İnkişafı (EUDİ) və Azərbaycanda Milli EUDİ Kampaniyası”nın təqdimat mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə aprelin 22-də “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Azərbaycanda Milli EUDİ Kampaniyası”nın təqdimat mərasimi keçirilib.
Heydər Əliyev
Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr
departamentinin müdiri Soltan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin
rəhbəri Edvard Karvardin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
Kestutis Yankauskas, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Anar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə
nazirinin müayini Rəhim Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin
deputatları İlham Məmmədov, Müşfiq Məmmədli və digər rəsmi qonaqların çıxışları
dinlənilib.
Çıxışlarda vurğulanıb
ki, Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişaf
(EUDİ) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında prioritet istiqamətlərdən
biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələr və digər
təşəbbüslər heç şübhəsiz hökumətin insan kapitalının inkişafı prioritetlərinə,
eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq
edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər
üçün Fəaliyyət Planı”nın icrasına öz töhfəsini verəcəkdir.
Tədbirin
davamında 2019-cu ildən Avropa İttifaqının
maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun
(UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə icra etdiyi “Erkən Uşaqlıq Dövründə
İnkişaf” (EUDİ) layihəsinin məqsədləri, layihə çərçivəsində yaradılmış www.eudi.az portalı, Erkən Uşaqlıq Dövründə İnkişaf Resurs Mərkəzinin
fəaliyyəti, o cümlədən gələcəkdə nəzərdə tutulan digər fəaliyyətlər barədə ətraflı
məluatlar verilib, müzakirələr aparılıb.
Qeyd
edilib ki, layihənin əsas məqsədləri 8 yaşadək uşaqların
sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi,
uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə
bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə
çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını
artırmaqdır. Layihənin icrası müddətində həmçinin 4 hədəf regionda – Gəncə və
Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında aidiyyəti qurumlar da
cəlb olunmaqla müxtəlif dəyirmi masaların, konfransların təşkili, icma platformasının yaradılması, geniş maarifləndirmə
işlərinin aparılması planlaşdırılır.
Layihə çərçivəsində əməkdaşlıq ediləcək digər qurumların və diplomatik korpusların nümayəndələri “Zoom” platforması vasitəsilə tədbirə qoşulublar. Təqdimat mərasiminin eyni zamanda sosial media səhifələrində canlı yayımı təşkil olunub.