150 +994505000150

“Dövlət qulluqçularının potensialının artırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

16 aprel 2021
Paylaş
“Dövlət qulluqçularının potensialının artırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə icra edilən “Dövlət qulluqçularının potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilən ixtisasartırma kursunun iştirakçılarına aprelin 16-da müvafiq sertifikatlar təqdim olunub.

Xatırladaq ki, distant formada 150-dən çox dövlət qulluqçusunun qoşulduğu ixtisasartırma kursunun təşkil edilməsindı məqsəd regionlarda gənc kadr potensialını inkişaf etdirmək, yüksək mənəvi dəyərləri və etik davranış prinsiplərini əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən kadrları formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına dəstək olmaq idi.


FOTO