“Autizmi tanı - yanaşmamızı dəyişək, həyatları dəyişsin!” devizi altında sosial aksiya keçirilib
Aprel - autizm maarifləndirmə ayı çərçivəsində aprelin 12-də “Regional İnkişaf” İctimai Birliyi (RİİB), “Birgə və Sağlam” İctimai Birliyi, “Kontakt Home” mağazalar şəbəkəsinin birgə təşkilatçılığı və Medoks Hiperbarik O₂ Müalicə Mərkəzinin maliyyə dəstəyi ilə “Kontakt Home” mağazalarında “Autizmi tanı - yanaşmamızı dəyişək, həyatları dəyişsin!” devizi altında sosial aksiyaya start verilib.
Aksiya
çərçivəsində vətəndaşlara
“Virtual reallıq” (VR) eynəkləri
vasitəsilə autizm spektr pozuntulu insanları başa düşmək, onların yaşadıqlarını və keçirdiyi hissləri video vasitəsilə
anlamaq üçün şərait
yaradılıb. Aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini autizm spektr pozuntuları olan insanların və ailələrin
ehtiyaclarına yönəltmək, eləcə də vətəndaşları bu sahədə
maarifləndirmək idi.
Aksiya aprelin 14-ü “Kontakt Home” mağazalar şəbəkəsinin “Azadlıq Prospekti”, aprelin 15-i “Ukrayna dairəsi”, aprelin 16-sı “Xalqlar Dostluğu”, aprelin 17-si “Bakıxanov-Stansiya” mağazalarında, aprelin 19-u “Xırdalan” filialı və aprelin 20-si isə Sumqayıt şəhəri “10-cu mikrorayon” filialında davam etdirilib.