150 +994505000150

“Autizmi tanı” adlı forum teatr təşkil edilib

20 aprel 2021
Paylaş
“Autizmi tanı” adlı forum teatr təşkil edilib

Aprel - autizm maarifləndirmə ayı çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Medoks Hiperbarik O₂ Müalicə Mərkəzinin maliyyə dəstəyi ilə Bakı, Gəncə şəhəri, Göyçay, Bərdə, Tərtər və Qax rayonlarında gənclərin iştirakı ilə “Yanaşmamızı dəyişək, həyatları dəyişsin!” devizi altında “Autizmi tanı” adlı forum teatr təşkil edilib və gənclər tərəfindən seçilmiş mövzular üzrə kiçik səhnəciklər nümayiş olunub.

Forum teatrın təşkilində məqsəd autizm spektr pozuntuları olan insanlar və ailələrinin ehtiyacları, onlara münasibətdə düzgün yanaşmaların formalaşdırılması və mövcud stereotiplərin aradan qaldırılması ilə bağlı gəncləri qeyri-ənənəvi üsullarla məlumatlandırmaq idi.

Qeyd edək ki, autizm spektr pozuntusu barədə maarifləndirmə tədbirləri çərçivəsində, həmçinin 100-dən çox gəncin iştirakı ilə mütəxəssislər tərəfindən vebinar təşkil olunub.

 

FOTO