150 +994505000150

“Dövlət qulluqçularının potensialının artırılması” layihəsi həyata keçirilib

2 aprel 2021
Paylaş
“Dövlət qulluqçularının potensialının artırılması” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının potensialının artırılması” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində respublika üzrə dövlət və bələdiyyə orqanlarının rəhbər vəzifələrində çalışan 150-dən çox dövlət qulluqçusu üçün distant formada ixtisasartırma kursu təşkil edilib.

Məqsəd regionlarda gənc kadr potensialını inkişaf etdirmək, yüksək mənəvi dəyərləri və etik davranış prinsiplərini əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən kadrları formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına dəstək olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə və  Dövlət İdarəçilik Akademiyasının professoru Çingiz İsmayılov tərəfindən iştirakçılara etik davranış qaydaları, dövlət qulluqçusunun hüquq və vəzifələri, vətəndaş məmnunluğunun təmin edilməsi və digər mövzularda mühazirələr keçirilib, müzakirələr təşkil olunub, həmçinin iştirakçıların ayrı-ayrı mövzularda hazırladıqları layihələrin qiymətləndirilməsi aparılıb.