150 +994505000150

Şəhid və qazi ailələrinə ərzaq sovqatları çatdırılıb

3 aprel 2021
Paylaş
Şəhid və qazi ailələrinə ərzaq sovqatları çatdırılıb

Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmir, onlara daima maddi və mənəvi dəstək olurlar.

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "Səadət" Fondunun ölkəmizə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların göndərməsi də bu qəbildən olan növbəti xeyriyyə aksiyasıdır.

"Səadət" Fondundan bildirilib ki, xeyriyyə tədbiri Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib və sovqat dolu yük maşını Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya göndərilib.

Aksiya çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən şəhid və qazi ailələrinə 200-dən çox sovqat çatdırılıb.


FOTO