Aprel döyüşlərinin 5-ci ildönümünə həsr edilmiş “Zəfərdən zəfərə” konfransı keçirilib
Aprelin 2-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərdən Zəfərə” konfransı keçirilib.
Onlayn formatda 500-dən çox gəncin iştirakı ilə təşkil edilən görüş
Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərərək böyük zəfərin
başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq,
gənclərin tarixi zəfərin başlanğıcı kimi yaddaşlarımızdan silinməyəcək önəmli
hərbi tariximizi gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədilə həyata
keçirilib.
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, millət vəkili
Ceyhun Məmmədov, qazi polkovnik- leytenant Elşən Qarayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc
Alızadə, “Regional İnkişaf “İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev və
digər qonaqların
çıxışları dinlənilib.
Müharibə ilə bağlı xatirələrindən, mübarizə zamanı göstərdikləri
şücaətdən bəhs edən qazilər döyüş əməliyyatlarından, əsgərlərimizin
qəhrəmanlıqlarından danışıblar.
Konfrans döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin çıxışları ilə davam edib.