150 +994505000150

Aprel döyüşlərinin 5-ci ildönümünə həsr edilmiş “Zəfərdən zəfərə” konfransı keçirilib

3 aprel 2021
Paylaş
Aprel döyüşlərinin 5-ci ildönümünə həsr edilmiş “Zəfərdən zəfərə” konfransı keçirilib

Aprelin 2-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərdən Zəfərə” konfransı keçirilib.

Onlayn formatda 500-dən çox gəncin iştirakı ilə təşkil edilən görüş Azərbaycan dövlətinin və Ordusunun gücünü düşmənə göstərərək böyük zəfərin başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq, gənclərin tarixi zəfərin başlanğıcı kimi yaddaşlarımızdan silinməyəcək önəmli hərbi tariximizi gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədilə həyata keçirilib.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, millət vəkili Ceyhun Məmmədov, qazi polkovnik- leytenant Elşən Qarayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, “Regional İnkişaf “İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev və digər qonaqların çıxışları dinlənilib.

Müharibə ilə bağlı xatirələrindən, mübarizə zamanı göstərdikləri şücaətdən bəhs edən qazilər döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar.

Konfrans döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin çıxışları ilə davam edib.