150 +994505000150

Lənkəran rayonunda çayçılığın inkişafı sahəsində həyata keçirilən “Gənc fermer” layihəsi yekunlaşıb

1 mart 2021
Paylaş
Lənkəran rayonunda çayçılığın inkişafı sahəsində həyata keçirilən  “Gənc fermer” layihəsi yekunlaşıb

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Gənc fermer” layihəsi artıq yekunlaşıb. Layihənin bağlanış mərasiminə Milli Məclisin deputatları, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, “Müasir Gənclərin İnkişafına dəstək” İctimai Birliyi, Lənkəran Peşə Liseyinin nümayəndələri və layihə iştirakçıları qatılıblar.

RİİB-in dəstəyi, “Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyinin və Lənkəran Peşə liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Lənkəran rayonundan olan 10 nəfər gənc ilk öncə nəzəri bilikləri əhatə edən onlayn və oflayn təlimlərdə iştirak edib, daha sonra praktiki təcrübə qazanıblar. Layihənin icrası müddətində 7500-ə yaxın çay toxumu əkilib, 6200-ə yaxın çay tingi əldə edilib və onların satışı həyata keçirilib. Bununla yanaşı layihənin davamlılığının təmin edilməsi üçün biznes model də hazırlanıb. Layihə iştirakçılarının məşğulluğuna dəstək olmaq məqsədilə hazırlanmış biznes modelə əsasən çay tinglərinin satışından əldə  olunan vəsaitin 27 %-i iştirakçılara nəğd şəkildə təqdim olunub. Satışdan əldə olunan məbləğin 73 %-i isə növbəti ildə layihənin davam etməsi üçün Peşə məktəbinə təqdim edilib.

“Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənc fermer” layihəsinin nəticəsində 4 nəfər iştirakçı öz həyətyanı sahəsində çay toxumlarının əkilməsinə başlayıb.

Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi kənd təsərrüfatı sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə onların məşğulluğunun təmin edilməsidir.


FOTO