150 +994505000150

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyaları keçirilib

27 fevral 2021
Paylaş
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyaları keçirilib

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə paytaxt və regionlarda ağacəkmə aksiyaları keçirilib.

“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya ölkədə tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.

Aksiyada müxtəlif təşkilatları təmsil edən könüllülər iştirak edib. Könüllülər üzərində müxtəlif dillərdə "Xocalıya ədalət! 613 həyat" sözləri yazılmış lövhələrlə bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan bu dəhşətli faciə barədə dünyaya mesaj veriblər.


FOTO