Paytaxtda qarlı və çovğunlu hava şəraiti ilə bağlı xüsusi çadırlar quraşdırılıb
Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar paytaxtda 5 məkanda (“İnşaatçılar”, “Azadlıq prospekti” və “Nəriman Nərimanov” metrostansiyalarının yaxınlığı, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı və Bakıxanov qəsəbəsi, Sülh küçəsi) isinməyə ehtiyacı olan vətəndaşlar üçün xüsusi çadırlar quraşdırılıb.
Ehtiyacı olan hər kəs çadırda göstərilən xidmətlərdən
yararlanaraq, burada isinə, isti çay içə və yemək yeyə bilər.
Çadırlar əlverişsiz hava şəraitinin davam etdiyi
bütün günlərdə səhər saat 09:00-dan
24:00-dək açıq olacaq və bu işə nəzarət İcra Hakimiyyətinin əməkdaşları
və RİİB könüllüləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, sosial aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib.