150 +994505000150

Paytaxtda qarlı və çovğunlu hava şəraiti ilə bağlı xüsusi çadırlar quraşdırılıb

25 fevral 2021
Paylaş
Paytaxtda qarlı və çovğunlu hava şəraiti ilə bağlı xüsusi çadırlar quraşdırılıb

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar paytaxtda 5 məkanda (“İnşaatçılar”, “Azadlıq prospekti” və “Nəriman Nərimanov” metrostansiyalarının yaxınlığı, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı və Bakıxanov qəsəbəsi, Sülh küçəsi) isinməyə ehtiyacı olan vətəndaşlar üçün xüsusi çadırlar quraşdırılıb.

Ehtiyacı olan hər kəs çadırda göstərilən xidmətlərdən yararlanaraq, burada isinə, isti çay içə və yemək yeyə bilər.

Çadırlar əlverişsiz hava şəraitinin davam etdiyi bütün günlərdə səhər saat 09:00-dan  24:00-dək açıq olacaq və bu işə nəzarət İcra Hakimiyyətinin əməkdaşları və RİİB könüllüləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, sosial aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib.


FOTO