150 +994505000150

RİİB könüllüləri paytaxtın təmizliyi və ətraf mühitin qorunmasına yönləmiş sosial aksiyada iştirak ediblər

19 fevral 2021
Paylaş
RİİB könüllüləri paytaxtın təmizliyi və ətraf mühitin qorunmasına yönləmiş sosial aksiyada iştirak ediblər

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda start verilib.

İlk növbədə Nizami rayonu ərazisində 380 ədəd konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub.

Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Bu məqsədlə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllərdə və binaların bloklarında maarifləndirici  posterlər yapışdırır, digər təbliğat işləri həyata keçirirlər.

Məlumat üçün bildiririk ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi, paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə dövlət büdcəsindən ayırılmış vəsait hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına başlanılıb. Artıq 57 ədəd belə texnika alınaraq kommunal xidmətlərin istifadəsinə verilib.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına  və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.


FOTO