“Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin iştirakçıları təltif ediliblər
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin icrası davam edir.
Layihə çərçivəsində
“Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərində layihənin benefisiar
qrupu üçün “Kompüter operatoru”, “Əməliyyatçı-mühasib” və “Vizajist” peşələri
üzrə təlimlər təşkil olunub. Bütün ixtisaslar üzrə təlimləri bitirən 31 nəfərin
bilik və bacarıqlarının müəyyən edilməsi məqsədilə ümumi qiymətləndirilmə
keçirilib.
İmtahan formatında
təşkil olunan qiymətləndirilmə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin
yanında Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsili
Mərkəzinin dəstəyi ilə keçirilib. Təlim prosesinin yekun mərhələsində “Qobu
Park-2” yaşayış kompleksində peşə təlimlərini müvəffəqiyyətlə bitirən gənclərin
təltifetmə mərasimi keçirilib.
Peşə təlimlərinin məzunları
layihə çərçivəsində təlimlərin yekunlaşması ilə bağlı müvafiq sertifikat və hədiyyələrlə
təltif olunublar.