“Böyük mübarizənin kiçik qəhrəmanları” sosial layihəsinə start verilib
15 fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri Günü ilə əlaqədar “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihəyə start verilib.
Layihənin ilk günündə ictimaiyyətinin diqqətini bu qlobal
problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaq, insanları xərçənq
xəstəliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin alınmasına təşviq etmək məqsədilə
paytaxt və regionlarda RİİB könüllüləri tərəfindən müxtəlif məlumat xarakterli
materiallar paylanılmış, eləcə də xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara
mənəvi dəstək olmaq və onlara xoş əhval-ruhiyyə bəxş etmək üçün Milli
Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara mövcud karantin
rejiminin tələbləri nəzərə alınmaqla hədiyyələr təqdim olunmuşdur.
Layihənin davamı olaraq əhalinin sıx olduğu ictimai məkanlarda,
müalicə-diaqnostika mərkəzlərində, uşaq poliklinikaları və DOST mərkəzlərində
maarifləndirici posterlər yerləşdirilməsi, müxtəlif sosial çarxların
yayımlanması, həmçinin Milli Onkologiya Mərkəzinin səyyar həkim heyəti tərəfindən
regionlarda uşaqlarda onkoloji xəstəliklərin erkən diaqnostikası və
qarşısının alınması məqsədilə onların səyyar ultrasəs və rentgen müayinələrinin
aparılması və müalicəsi nəzərdə tutulur.