Ağcabədi və Ağdam rayonlarında növbəti tibbi-psixoloji müayinələr keçirilib
Ağcabədi və Ağdam rayonlarında “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tibbi-psixoloji dəstək layihəsi çərçivəsində 22-24 yanvar tarixlərində növbəti müayinələr aparılıb. Bakıdan ezam olunmuş pediatr, nevropatoloq, ginekoloq və psixiatr həkimlərdən ibarət heyəti tərəfindən azyaşlı uşaqlar, süd verən analar və hamilə qadınlar müayinələrə cəlb olunaraq, onlara zəruri hallarda müvafiq müalicə kursları təyin edilib, eyni zamanda valideynlər uşaqların düzgün qidalandırılması, sağlamlıqlarının qorunması və digər istiqamətlər üzrə ətraflı məlumatlandırılıblar.