150 +994505000150

Müharibədən əziyyət çəkmiş vətəndaşlara psixoloji dəstək məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir

19 yanvar 2021
Paylaş
Müharibədən əziyyət çəkmiş vətəndaşlara psixoloji dəstək məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi tərəfindən reallaşdırılan “Müharibədən əziyyət çəkmiş vətəndaşlara psixoloji dəstək” layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə müxtəlif məzmunlu maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu məqsədlə Gəncə şəhəri, Tovuz, Goranboy və Göygöl rayonlarında vətəndaşlar RİİB könüllüləri tərəfindən COVID-19 infeksiyasından qorunma yolları ilə bağlı məlumatlandırılıb və onlara psixoloji dəstək göstərilməsi məqsədilə xüsusi çap materialları təqdim edilib. Aksiya ərzində hədəf regionlarda, ümumilikdə 10.000 çap materialının paylanılması həyata keçirilib.


FOTO