Heydər Əliyev Fondu 100 minədək ailəyə bayram sovqatı göndərir
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sovqatlar paylanılır.
Heydər
Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi
aksiya respublika üzrə 100 minədək ailəni əhatə edir. Bura aztəminatlı ailələrlə
yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı,
Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk
edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara
çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional
İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində
yaxından iştirak edirlər.
Sovqatların
regionlara çatdırılması və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılması
“Aqrar Tədarük və Təchizat” ASC, ailələrə təqdim olunması isə “Azərpoçt” MMC-nin
dəstəyi ilə həyata keçirilir.
Qeyd
edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim
diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq
müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan
ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial
yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib,
hədiyyələr verilib.
Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.