Şəhid olmuş RİİB könüllüsü də “Vətən uğrunda” medalı ilə təltif edilib
44 günlük Vətən müharibəsində qanı ilə şanlı tarix yazan qəhrəmanlarımız sırasında “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Lerik rayonunun Çayrud kəndindən olan könüllüsü Cavanşir Həmidli də var.
2019-cu
ilin yayında həqiqi hərbi xidmətə çağırılmış Cavanşir Füzuli-Cəbrayıl
istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Lənkəran Dövlət Universitetinin
məzunu olan Cavanşir 2018-ci ildən RİİB könüllüləri sırasına qoşulmuşdu.
Könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən Cavanşir elə
müqəddəs Vətən uğrunda, üç rəngli Bayrağımız uğrunda canını fəda edərək könüllü
dostlarının, tanıyanlarının yaddaşlarında əbədi taxt qurdu.
Azərbaycan Prezidentinin Sərəncamı
ilə Cavanşir Həmidli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır!